Şənbə günü “Bavariya” səfərdə “Heidenhaym”a 2:0 hesabı ilə önə keçsə də, sonda 2:3 hesabı ilə məğlub olub. Münhenlilərin qollarından birinə hücumçu Harri Keyn imza atıb. İngilis futbolçu bu mövsüm Avropanın beş əsas liqasında qol+pas sistemindən istifadə edərək bütün turnirlərdə 50 xal toplayan ilk oyunçu olub. Keynin aktivində hazırda 38 qol və 12 məhsuldar ötürmə var.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm 47 qolla (39 qol + 8 məhsuldar ötürmə) ötürmə edib. Bu arada Mbappe 39, Keyn isə 37 matçda iştirak edib.
Əlavə edək ki, “Bavariya” növbəti oyununu aprelin 9-da Çempionlar Liqasında “Arsenal”a qarşı keçirəcək.