"Bavariya"nın hücumçusu və İngiltərə yığmasının kapitanı Harri Keyn Almaniya Liqasında yeni rekorda imza atıb. O, liqa tarixində hamıdan tez 20 qol vurdu. Buna nail olmaq üçün ona 14 oyun lazım olub. Əvvəlki rekord Uve Seelere (20 matçda 21 qol) sahib idi.
Bazar günü, dekabrın 17-də Almaniya Liqasının 15-ci tur matçında "Bavariya" öz qonağı olan "Ştutqart" üzərində inamlı qələbə qazanıb. Qarşılaşma 3:0 hesabı ilə başa çatıb. İngiltərəli hücumçu Harri Keyn qaliblərə dubl edib.
Keyn üçün bu iki qol hazırkı Almaniya çempionatında 19-cu və 20-ci qoldur. Bu nəticəni əldə etmək üçün ona 14 matç lazım olub. Bundesliqa tarixində heç bir futbolçu 20 qoldan sürətli vurmayıb.