"Bavariya"nın hücumçusu Harri Keyn Münhendəki uğursuz mövsümün ardından gələcəyi haqda danışıb.
“Almaniyadakı təcrübəmdən çox zövq aldım. Bu, karyeram mənə yeni motivasiya, yeni çağırış və yeni mühit vermək üçün lazım olan addımdır və bu addımı atdığım üçün çox şadam.
Mənim gələcəyim “Bavariya”dadır. Mənim dörd illik müqaviləm var. Mən xoşbəxtəm və ümid edirəm ki, bu mövsüm xüsusi bir şey edə biləcəyəm. Yoxsa, yayda yenidən cəhd etməyə hazır olacağam.
İngilis futbolçu ilk mövsümünü Münhen klubunda keçirir. 30 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 38 matçda iştirak edib, 39 qol vurub və 12 məhsuldar ötürmə edib.